Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
21.10.2019

Prezident İlham Əliyev bir sıra şəxsləri "Əmək" orderi və "Tərəqqi" medalı ilə təltif etdi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

VisionTV.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

3-cü dərəcəli "Əmək" ordeni ilə

Bayramov Kazım Bayram oğlu

"Tərəqqi" medalı ilə

Abbasov Zakir Allahverdi oğlu

Orucov Nüsrət Oruc oğlu.