Polşadan Ukraynaya gedən qatarların istifadə etdiyi dəmir yolu xəttinin bir hissəsi zədələnib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında bildirib.
Onun sözlərinə görə, zədələnmə Mazovets vilayətində – Ukrayna sərhədindəki Dorohusk stansiyasının dəmir yolu sahəsində qeydə alınıb.
Baş nazir bildirib ki, hadisə ilə bağlı təxribat ehtimalı araşdırılır.
“İstisna etmirik ki, burada sabotaj aktı ilə qarşı-qarşıyayıq. Hadisə zamanı xəsarət alan olmayıb. Əlaqədar xidmətlər lazım olan işi yerinə yetirir”, – Tusk vurğulayıb.
Hazırda əraziyə xilasedici qruplar və təmir briqadaları cəlb olunub, dəmir yolunun bərpası istiqamətində işlər davam etdirilir.