Polis uşaq bağçasında azyaşlını döyən müəllimin izahatını alıb
14.01.2022

Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, hadisənin İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında baş verdiyi açıqlanıb. Videoda azyaşlının başına qapaz vuran şəxsin bağçanın müəllimi Zülfiyyə Baxışova olduğu bildirilir. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb.

Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.