Polis gücləndirilmiş iş rejimdə - FOTOLAR
18.02.2021

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Şəkidə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Visiontv.az-a verilən məlumata görə, məktəblərin qarşısında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət edilir, həmçinin sürücülərə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə xəbərdarlıqlar olunur.