Plastik cərrahlara 150 min funt sterlinq xərclədi —Dəyişimi görənlər şok oldu- FOTOLAR
11.07.2019

ABŞ-ın Virciniya ştatında yaşayan 28 yaşlı Kristen Şnayder plastik əməliyyat keçirməyi xoşlayır.

VisionTV.az ölkə.Az-a istinadən  xəbər verir ki, kompüter mühəndisi olan Kristen son 9 ildə müxtəlif əməliyyatlar keçirib. O, ümumilikdə bu əməliyyatlara 150 min funt sterlinq xərcləyib.

“Güzgüdə gördüyüm surətimi bəyənmirdim. Bədənimdə xoşlamadığım və dəyişdirə biləcəyim orqanlarım var idi. Eybəcər olduğum üçün məktəbdə məni lağa qoyurdular”, - deyə qız bildirib.

Kristen ilk dəfə 18 yaşı olanda əməliyyat olunub və sinəsini böyüdüb.