Pis qanun olmur, sadəcə onun tətbiqi və icrası pis ola bilər-Müsahibə
03.06.2020

Mən özümü qiymətləndirmədə çox tələbkar hətta cox xəsissəm.

Milli Məclisin yaz sessiyası başa çatdı. Yeni seçilən millət vəkillərinin ilk fəaliyyəti heç də sakit dönəmə düşmədi. Düyada olduğu kimi Azərbaycanda da Koronovirus Pandemiyası bütün sahələrdə çalışanlarla yanaşı millət vəkillərinin fəaliyyətində də ciddi problemlər yaratdı. Bəs bu çətin dönəmdə millət vəkillər necə fəaliyyət göstərdilər? Yaz sessiyasını necə başa vurdular? Seçiciləri onlardan razı qaldımı? Bu və ya digər sullarla millət vəkillərinə müraciət etdik. Müsahibimiz Milli Məclisin deputatı Hikmət Babaoğludur.
 

-Prezidentin 100 gününü müzakirə edibi qiymət verirlər. Bəs deputatlar üçün neçə gün lazımdır ki, fəailiyyətlərinə qiymət verilsin?

-Hər şeydən öncə qeyd etmək lazımdır ki, 100 gün simvolik bir rəqəmdir və bütün dünyada əsas etibarilə ali icraedici hakimiyyətin başında duranların fəaliyyətini qiymətləndirmək üçün şərti vaxt kimi qəbul edilib. Fəaliyyətə başladıqdan sonra ilk üçrəqəmli gün 100 olduğu üçün  kifayət qədər vaxtın keçdiyi və ilkin nəticələrə görə qiymətləndirməni aparmağın mümkün olduğunu ifadə edir. Buna bəzən formativ qiymətləndirmə də deyirlər. Yəni ilk 100 gündə idarəedən öz bilik və bacarıqlarını necə realizə edibsə gələcək fəaliyyəti də bənzər əsaslarda olacaq, yaxud sonrakı Prezidentlik fəaliyyətini qiymətləndirmək üçün ilk 100 gün əmsal təşkil edəcək. Ancaq Parlament fəaliyyətinin qiymətləndirilməsi üçün belə şərti vaxt vahidi yoxdur. Çünki parlament qanunverici orqandır və əsas etibarilə kollektiv fəaliyyətlə yadda qalır. Yəni onun qəbil etdiyi bütün qərarlar səs çoxluğuna əsaslanır. Qanunların qəbul edilməsi də səs çoxluğu vasitəsilə mümkün olur və həmin qanunların necə olduğunu 100 gün ərzində qiymətləndirmək mümkün deyil. Çünki qanunlar insanlara yönəlmiş məcburi davranış qaydalarını təyin edir və hamı üçün ümumi məcbiri davranış fəlsəfəsinə əsalanır. Belə olduqda pis qanun olmur, sadəcə onun tətbiqi və icrası pis ola bilər.  Bütün bunları isə 100 gündə qiymətləndirmək mümkün olmadığı üçün parlamentlərin fəaliyyətinin də 100 günlük simvolik vaxt ərzində qiymətləndirilməsi ənənəsi yoxdur. Ancaq şübhəsiz ki, hər bir fəaliyyət, o cümlədən qanunvericilik fəaliyyəti müxtəlif kriteriyalar tətbiq edilməklə qiymətləndirilə bilər. Bu ayrı-ayrı deputatların fəaliyyətini qiymətləndirmək, yaxud bütövlükdə parlamentin üzvülərinin qanunvericilik fəaliyyətinin kəmiyyəti yaxud keyfiyyəti baxımından da ola bilər. Şübhəsiz ki, digər seqmentlər, məsələn seçicilərlə ünsiyyət, onların problemlərinin həlli, ictimai-siyasi həyatda iştirakçılığı, bu iştirakçılığın ictimai faydalılığı və s üzrə də ayrıca qiymətləndirmə aparmaq olar .Ona görə də qiymətləndirməni aprmaq istəyən şəxs, jurnalist yaxud sosial araşdırma təsisatı vaxtı, kriteriyaları və seqmentləri özü müəyyən edə bilər.
 

-Milli Məclisin yaz sesiyyasının fəailiyyəti size qane etdimi?

-Siz artıq burada məndən qiymətləndirmə tələb edirsiniz. Bir millət vəkili kimi mənim belə qiymətləndirmə aparmam bəlkə o qədər də doğru olmaz. Çünki nəticə etibarilə həm də öz fəaliyyətimə qiymət verməli olacam. Mənsə özümü qiymətləndirmədə çox tələbkar hətta cox xəsissəm. Ancaq sizin sualınıza daha çox millət vəkili həmkarlarımın fəaliyyətini qiymətləndirirmiş kimi cavab verəcəm. Etiraf edirəm ki, 2020-ci il 6-cı çağırış Milli Məclisin yaz sessiyasının fəaliyyəti kifayət qədər məzmunlu və məhsuldar olub. Hər şeydən öncə Milli Məclisin yaz sessiyası iclaslarının hər biri, istər komitə iclasları istərsə də plenar iclaslar xüsusi karantin rejimi şəraitində keçirilib. Bu prosesdə parlamentimiz yeni onlayn iş rejimi və vərdişləri qazanıb. Plenar iclaslarda sosial özünütəcridlə bağlı yeni qaydalar tətbiq edilib. Qısacası ənənəvi, alışılmış formada deyil bir növ ekstirmal vəziyyətdə işləyib. Lakin buna baxmayaraq qanunvericilik missiaysını yüksək səviyyədə yerinə yetirə bilib. Yeni xanım spiker Sahibə Qafarova yeni idarəetmə formaları tətbiq etməklə millət vəkillərinin öz potensiallarını realizə etmələri üçün bütün mümkün şərtləri təmin edib. Parlamentdə yeni ənənlər formalaşmağa başlayıb, seçicilər qarşısında hesabatlılıq artıb, Milli Məclis ölkəmizidə və dünyada baş verən ictimai –siyasi proseslərin müzakirə edildiyi mərkəzə çevrilib. İqtidar və müxalifət partiyaları arasında qanunvericilik müstəvisində əməkdaşlıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bir çox hallarda qanun layihələrinin plenar iclasa təqdimatı müxalif yaxud bitərəf deputatlar tərəfindən həyata keçirilib. Bütün bunlar yeni siyasi konfiqurasiya formalaşdırmaqla cəmiyətə və bütövlükdə siyasi sistemimizə pozitiv ismarıclar verib və  yeni konstruktiv əhval-ruhiyyə yaradıb. Qısacası ölkəmizdə həyata keçirilən islahatlar kontekstində kifayət qədər yenilənməyi, islahatlarla ayaqlaşmağı bacarıb ki, bütün bunlar yüksək qiymətləndirilməli məsələlərdir.
 

-Siz bir millət vəkili kimi yaz sesiyyasında öz seçicilərinizin maraqlarını təmin edən və Milli Məclis tərəfindən qəbul edilən hansı qanun layihəsini misal çəkə bilərsiniz?

- Milli Məclisdə qəbul edilən bütün qanunlar ilk növbədə hər bir Azərbaycan vətənadşının, o cümlədən mənim seçicilərimin maraqlarını qorumaq, rifahını və inkişafını təmin etmək, ümümi ictimai münasibətlərimizi ümumi maraqlar kontekstində tənzimləmək üçün qəbul edilir. Sosial müavinətlərin verilməsi, vergi məcələsinə, inzibati xətalar məcəlləsinə edilən dəyişikliklər və ş kimi layihələrədə olan konkret məsələlərin bir qismi həm də mənim seçicilərimin marağında idi və bunlar qəbul edildi.
 

-Özünüzü aktiv deputat sayırsınızmı və seçiciləriniz sizdən razı qaldımı?

-Sualınızın birinci hissəsinin daha düzgün cavabını qiymətləndirmə ilə məşğul olan sorğu mərəkəzləri, jurnalist təşkilarları və nəhayət ictimai rəy verə bilər. Mənim üçün də maraqlıdır görəsən ictimai rəydə millət vəkili kimi obrazım necədir? Seçicilərimə gəldikdə isə mən özümü onlarla bir ailənin üzvü hesab edirəm. Daxil olan hər bir müraciətə fərdi qaydada və bütün mənəvi, psixoloji, maddi nüansaları nəzərə almaqla olduqca diqqətlə baxmağa çalışıram. Düşünürəm ki, koronovirus pandemiyası dövründə seçicilərimlə ünsiyyətimiz bir qədər daha dərin, daha səmimi müstəviyə qədəm qoydu. Bu çətin günlərdə biri-birimizin yanında olmağı bacardıq. Razı qlıb qalmadıqlarını isə onalrdan eşitmək daha doğru olardı.


Visiontv.az