"Pelosinin Ermənistana səfəri regionda sülhə xələl gətirən bəd niyyətli və məsuliyyətsiz bir hərəkətdir"
"Pelosinin Ermənistana səfəri regionda sülhə xələl gətirən bəd niyyətli və məsuliyyətsiz bir hərəkətdir"
30.09.2022 MEDİA Tərəfindən

Türkiyə Böyük Millət Məclisinin sədri Şentop ötən qanunvericilik ilində parlament diplomatiyası fəaliyyətləri çərçivəsində dövr ərzində ortaya çıxan beynəlxalq böhranlarla bağlı intensiv telefon diplomatiyası həyata keçirdiyini vurğulayaraq, Azərbaycanın haqlı mübarizəsində yer almaq üçün həyata keçirilən fəaliyyətlərə diqqət çəkib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Şentop Azərbaycanla torpaqlarını işğal edən Ermənistan arasında problemin həlli üçün ATƏT-in nəzdində yaradılmış Minsk qrupuna daxil olan ölkələrin problemi həll edə bilmədiklərini bəyan edib.

Mustafa Şentop 28 illik müddət ərzində bu qrupun həmsədrlərindən biri olan parlament sədrinin Ermənistana səfərini xatırlamadığını bildirərək, “Təəssüf ki, bu səfər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının bir çox qətnamələrində işğalçı kimi tanınan Ermənistanı beynəlxalq hüquqa zidd davranışlara təşviq etməkdən başqa bir məqsədə xidmət etməyəcək” deyə qeyd edib. 

İlahə Əliyeva