24.010.2020
Axtar
Ölkə
alt

Paşinyanın arvadı qadınlardan ibarət hərbi dəstə yaradır

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qadın hərbi təlim düşərgəsi hazırlamaq istəyir.

Visiontv.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Anna Akopyanın rəsmi saytına istinadən məlumat yayılıb.

Bildirilib ki, hərbi hazırlıq kurslarına 18-27 yaşlı qadınlar cəlb olunacaq.

Müdafiə Nazirliyinin dəstəyi ilə keçiriləcək 45 günlük hərbi təlim düşərgəsində qaydalar ordudakı kimi olacaq. Bu müddət ərzində hərbi hissələrin ərazilərinin və təlim poliqonlarının video və foto çəkilişinə də icazə verilməyəcək. Kursları bitirdikdən sonra iştirakçılar imtahandan keçəcək, istəyənlər müvafiq qaydada və şərtlərdə xidmətə gedə biləcəklər.

A.Akopyanın bu təşəbbüsü Ermənistan Silahlı Qüvvələrində əsgər çatışmazlığının yaranması iddialarını ortaya çıxarıb.

Şərh