Paşinyan "xalq etiraz edir, böyük güzəştə gedə bilmirəm" arqumenti ilə Moskvaya getdi - Azər Rəşidoğlu
Paşinyan "xalq etiraz edir, böyük güzəştə gedə bilmirəm" arqumenti ilə Moskvaya getdi - Azər Rəşidoğlu
11.01.2021 Azər Rəşidoğlu Tərəfindən

Erməni müxalifəti Paşinyanın Moskva səfərinə "icazəli etiraz" etməklə, baş nazirlərinin əlini gücləndirir.

Yəni, Paşinyan "xalq etiraz edir, böyük güzəştə gedə bilmirəm" arqumenti ilə Rusiya paytaxtına getdi. Bir daha vurğulayıram ki, Qarabağ məsələsində bizim üçün müxalifət-iqtidar fərqi yoxdur. Hamı eyni nöqtəyə vurmalı, Azərbaycan rəhbəri arxasında xalqın dəstəyini hiss etməlidir.

Biz görüşə "tam qələbə" tələbə ilə qatılmalıyıq. Təzyiqlər artacaqsa, dövlət başçısı bilməlidir ki, hər kəs onu xarici təhdid qarşısında müdafiə edəcək. Daxili çəkişmələr üçün zamanımız olacaq. Bu gün birlik günüdür!

Visiontv.az