Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb
Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb
10.01.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının bu il Ermənistanda keçiriləcək "Sarsılmaz Qardaşlıq 2023" hərbi təlimindən imtina edib.

Həmçinin Ermənistan Baş naziri Nikol Pşainyan ölkəsində Rusiya hərbi bazasının olmasını ölkəsinin təhlükəsizliyinə təhdid hesab edib. N.Paşinyanın KTMT yekun Bəyannaməsinə imza atmaması, təlimlərindən imtina etməsi və Gümrüdə Rusiyanın 102-ci hərbi bazası əleyhinə formalaşdırdığı etiraz aksiyaları iki ölkə arasında siyasi böhranı dərinləşdirəcək.

Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin səlahiyyəti müddətinə yaxınlaşanda N.Pşainyanda Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması sənədinə imza atmaya bilər.

N. Paşinyanın əsas siyasi kursu Rusiyanı Ermənistandan çıxarmaqdır. Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu N.Paşinyanın mövqelərini gücləndirir və Kremlə qarşı demarşa gətirib çıxarır. Rusiyanın Ermənistandan çıxarılması və Azərbaycanla sülh müqviləsinin imzalanmasına gətirər. Azərbaycanın mövqeləri güclənir və erməni baş nazirdə bunun fərqindədir.

Bu gün mətbuat konfransında verdiyi bəyanatlardan aydın oldu ki, N.Paşinyan Rusiyaya qarşı siyasi cəbhə açıb. Azərbaycanla sülh müqaviləsinə gəldikdə isə, buna yaxın perspektivdə getməyəcək. N. Paşinyan birinci Türkiyə ilə münasibətləri normallaşdırıb sonra Azərbaycanla sülh müqviləsinə getməsində maraqlı görünür.

 politoloq Məhəmməd Əsədullazadə

visiontv.az