Paşinyan Rusiya səfərində Qarabağla bağlı istədiyini Kremldən ala bilmədi
Paşinyan Rusiya səfərində Qarabağla bağlı istədiyini Kremldən ala bilmədi
13.10.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri Nikol Paşinyanın V. Putinlə görüşündə "Dağlıq Qarabağ münaqişəsi" bitməyib deməsi, bunun müqabilində aldığı cavab artıq Yerevanın "status" -la bağlı və bitmiş münaqişəni masaya gətirmək cəhdləri uğurlu olmayacaq.

Əgər, Rusiyada Ermənistanın bu mövqeyini dəstəkləsəydi təbii ki, Azərbaycan və Rusiya arasında ciddi şəkildə diplomatik problem yarana bilərdi. Rusiya tərəfi buna getmədi və gələcək sülhdən və əməkdaşlığı Paşinyana xatırlamaqla buna son qoydu.

N. Paşinyan bununla daxili siyasətdə Rusiyanı etimadını zəiflədəcək və dediyi sözlər birbaşa Kremli Ermənistan üçün etibarsız müttəfiq kimi xarakterizə edəcək. Ümumiyyətlə, Rusiya Ermənistanın mövqeyi ilə Qarabağ danışıqlarını qaldıra bilməz və burada Yerevanın deyil, Bakının mövqeyi əsasdır. Ona görə də Moskvaya əlavə problem onun Qarabağda sülhməramlı missiyasına zərbə vura bilər.

Demək olar ki, N. Paşinyan Rusiya səfərində Qarabağla bağlı istədiyini Kremldən ala bilmədi. Müəyyən qaz güzəşti və hərbi yardımlarla Kreml öz şərtlərini N. Paşinyana diqtə etdi.

Qeyd edim ki, bu görüşdə Zəngəzur dəhlizinin açılmasinın vacibliyi də danışıqlar predmeti olub. Rusiya FTX bu dəhlizə nəzarət edəcək. Rusiya tərəfi Türkiyə ilə danışıqlarında bu dəhlizin açılmasın razılıq verib. Növbəti görüş V. Putinin vasitəçiliyi ilə prezident İlham Əliyev və N. Paşinyan arasında olacaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq

Visiontv.az