Paşinyanın deputatları Parlamentin müxalif vitse-spikeri və komissiya sədrini vəzifəsindən uzaqlaşdırdı
Paşinyanın deputatları Parlamentin müxalif vitse-spikeri və komissiya sədrini vəzifəsindən uzaqlaşdırdı
01.07.2022 MEDİA Tərəfindən

Səsvermə kifayət qədər tez və gizli keçib.

İşxan Saqatelyan və Vahe Akopyan müvafiq olaraq Ermənistan parlamentinin vitse-spikeri və iqtisadi məsələlər komissiyasının rəhbəri vəzifələrindən kənarlaşdırılıblar.
Hesablama Komissiyasının sədri Narek Babayan bildirib ki, hər iki deputatın vəzifədən azad edilməsinə 66 deputat səs verib (səsvermədə yalnız bu prosesin təşəbbüskarı olan hakim partiyanın nümayəndələri iştirak ediblər).
İqtidaryönlü fraksiya müxalifətin hər iki nümayəndəsinin düzgün işləmədiyini bildirib. Milli Assambleyanın aparatının məlumatına görə, Saqatelyan bu il Parlamentdə 342 səsdən 198-ni, Akopyan isə 194 dəfə səs verməyib. Parlamentin 20 iclasını, komissiyasının 27 iclasından 11-ni buraxıb.
Beləliklə, İşxan Saqatelyan və Vahe Akopyan deputat mandatlarını yox, postlarını itiriblər. 
Saqatelyan və Akopyanın yerini “Hayastan” müxalifət fraksiyasının digər nümayəndələri tuta bilər.

visiontv.az