Paşinyan keşiş Baqratın getdikcə isterik xarakter alan təxribatlarının qarşısını niyə almır?
14.06.2024

Dələduz və qiyamçı keşiş Baqrat Srbazan artıq "qırmızı xətt"i keçdi, İrəvanın mərkəzində qan tökülməsinə baiskar oldu.

Belə ki,  İrəvanın Baqramyan prospektində, parlament binasının önündə, Hökumət Evinin yanında etirazçılarla polislər arasında yaşanan qarşıdurmalar zamanı 100-ə yaxın vətəndaş saxlanılıb, 50-dən çox şəxs xəsarət alıb, o cümlədən, 10 polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanaya yerləşdirilib.

Beləliklə, siyasi mübarizəsinin effekt vermədiyini görən keşiş, maxinator, oliqarx və dırnaqarası "inqilab"çı Baqrat Qalstanyan indi də sonuncu çıxış yolu kimi qanlı təxribatlara, küçə iğtişaşlarına əl atıb.

Bu yırtıcı varlıq sözün həqiqi mənasında qana susayıb.

Nikol Paşinyan isə həmişə olduğu kimi yenə də siyasi iradə nümayiş etdirməyə, Köçəryan-Sərkisyan cütlüyünün və Moskvanın "marionetka"sı olan keşiş Baqratın getdikcə isterik xarakter alan təxribatlarının qarşısını almaq üçün gərəkən sərt tədbirləri görməyə tərəddüd edir.

Ümumiyyətlə, Paşinyan həlledici addımları vaxtında və qeyd-şərtsiz atmaqda bir qayda olaraq həmişə gecikir.

Bəybala Mirzəyev

visiontv.az