Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
03.06.2023 Elxan Şahinoğlu Tərəfindən

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Bunu istəyərkən İrəvanda erməni terrorçularına qoyulan abidə gedişata mənfi təsir edib. Paşinyan üçün həmin abidəni götürmək çətin olmamalıdır, necə ki, İrəvan metrostansiyaların birinin girişində “Böyük Ermənistan” xəritəsini siliblər. Xəritəni silən abidəni də götürə bilər. Paşinyan yerli radikallardan çəkinməsəydi, Ankarada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə üçlü görüş də reallaşa bilərdi. Kişinyovda Fransa və Almaniyanın iştirakı ilə “beşli formatda” keçirilən görüşdən sonra Ankarada “üçlü formatda” keçirilən görüş yerinə düşərdi.

Elxan Şahinoğlu

Visiontv.az