Parlamentin növbədənkənar iclası keçiriləcək
01.08.2020

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.

Qeyd edək ki, üç gün davam edəcək sessiyada 6 məsələyə baxılacağı gözlənilir. Bunlardan ən əsası "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədir.