Paraolimpiyaçılar Xəzər televiziyasında çalışacaqlar
19.09.2020

Xəzər televiziyasının rəhbəri Murad Dadaşov bir ilkə imza atıb.

Visiontv.az Teleqraf.com-a istinadən xəbər verir ki, paraolimpiyaçılar Xəzər televiziyasında çalışacaqlar.

Belə ki, Qəndab Əkbərli və Cəmilə Məmmədli telekanalda aparıcılıq edəcəklər.

Xəzər televiziyisının bu addımı fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulub.