"Palatalar boşalır, bu bizi çox sevindirir" - həkim
16.04.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi ölkədə koronavirusla bağlı durumu əks etdirən gündəlik statistika son günlər hər birimizi sevindirir. Aprelin 15-i üçün olan məlumata görə, 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Visiontv.az xəbər verir ki, bu müsbət dinamika, təbii ki, həkimləri daha çox sevindirir. Sıravi vətəndaş üçün statistik rəqəmlərdəki bu müsbət dinamika sərt karantin tədbirlərinin bitməsini yaxınlaşdırırsa, həkimlər üçün sanki müharibənin bitməsi və onların cəbhədən qayıtması deməkdir.

Milli.Az bildirir ki, Day.Az-ın müsahibi infeksionist həkim, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının assistenti, tibb elmləri namizədi Samir Məmmədovdur. Hazırda o, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan növbətçi briqadanın tərkibinə daxildir.