Ötən ay son 141 ilin ən isti yanvar ayı olub
14.02.2020

Milli Okean və Atmosfer Administrasiyası (NOAA) 2020-ci ilin yanvar ayının son 141 ilin ən isti yanvarı olaraq tarixə keçdiyini açıqlayıb.

Visiontv.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ötən ay orta temperatur 1,14 dərəcə qalxıb və 13,14-ə çatıb.

Rusiya, Skandinaviya və Kanadada isə orta temperatur 5 dərəcə yüksəlib.

Təşkilatdan bildirilib ki, 44 ildir, ardıcıl müşahidə edilən qlobal istiləşmə səbəbindən Arktikada buzlaqların həcmi 5,3 faiz, Antarktidada isə 9,8 faiz azalıb.