24.010.2019
Axtar
Gündəlik
alt

Oruc tutan şəxsə hansı əməllər olmaz?!

Din adamları bunları etməməyi tövsiyyə edir

Oruc tutan şəxsə hansı əməllər olmaz?

Bu gün bilirik ki, müqəddəs orucluq ayının birinci günüdür və əksərimiz oruc tutmağın ümumi qaydaları ilə tanış olsaq da bəzi xırda nöansları gözdən qaçıra bilərik. Belə ki , kimlər  hansı halda orucu  əsl qaydasına görə tutmaz, bu haqda təsdiqlənmiş 9 qaydanı ilk olaraq sizə təqdim edirik:

 

1. Həddindən artıq yeyib-içmək, qida qəbulu orucu pozar. (Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz)

2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.

3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.

4. Hər cür qatı toz və tüstünü udmaq orucu batil edər. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır.

5. İnsanın bilərəkdən qusması orucu batil edər. Əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna haldır burada.

6. Bədənə imalə etdirməklə oruc pozular.

7. Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanına kimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır.

8. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa,  yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq  ayıdır.

9. Suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlükdə suya batırılsa, oruc batil olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır.

 

Bundan əlavə din adamları insanların ən çox maraqlandığı suallara da aydınlıq gətirirlər. Belə ki, bunlardan biri məhz hər birimizi tərəddüddə buraxan oruc tutan şəxsin agız suyunu və bəlğəmi udması haqqındadır. Din adamlarının sözlərinə görə ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.

 

Onlar həmçinin diş çəkdirməyin  orucu batil edəcəyi haqda öz fikirlərini belə izah edirlər:

“Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.

 

Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır”

Dindarlar qeyd edirlər ki, xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozulmaz. Yalnız  qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

 

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.

visiontv.az       Şəlalə Babayeva

Şərh