Ordumuz cəbhə zonasında gecə təlimləri keçirib – Şərti düşmən hədəfləri məhv edilib -VİDEO
09.07.2020

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.
Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.