Ordenlərlə mükafatlandırılmış məmur oğrudursa, onda bu təltiflər dəyərdən düşür-Alqış Musayev
01.06.2020

Orden, medal, fəxri ad dövlətçiliyin mühüm dəyərlərindən, simvollarından biridir. Dövlət təltifləri ideoloji, ictimai-siyasi məzmun daşıyır.

Rüşvətxor məmur dövlət təltifinə layiq görülürsə və ya sonradan məlum olursa ki, dövlətin yüksək ordenləriylə mükafatlandırılmış məmur oğrudur, rüşvətxordur, onda bu təltiflər dəyərdən düşür.

Və ən pisi də odur ki, nəticədə əhali arasında icra hakimiyyəti başçılarının dövlət təltiflərinə - orden və medallara təqdim edilmə prosedurunun bir bazar predmeti olduğu barədə çoxsaylı şayiələr dolaşır.

Visiontv.az