"Onların qolları, ayaqları yoxdur. Su, yemək, dərmanlar tükənir": "Azovstal" müdafiəçilərinin arvadları və anaları Ərdoğandan kömək istəyirlər
16.05.2022

Hazırda Donetsk vilayətinin Mariupol şəhərində yerləşən “Azovstal” zavodunu rus işğalçılarından qoruyan ukraynalı hərbçilərin həyat yoldaşları və anaları İstanbulda keçirdikləri mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ərlərinin və oğullarının təxliyəsi üçün əlindən gələni etməyə çağırıblar.

Bu barədə məlumatı İstanbuldan keşirilən mətbuat konfransından Facebook vasitəsilə TURKSİD yayımlayıb: "Azovstal ətrafındakı halqa kiçildi. Bizim son ümidimiz prezident Ərdoğanın təmsil etdiyi Türkiyə, eləcə də Si Tsinpin təmsil etdiyi Çinin birgə səylərinədir. Allah kömək etsə bu birlik nəticəsində "Azovstal"da olan insanları xilas etməyə nail olacağıq. Onlar cəhənnəmdədirlər. Hər gün yeni yaralar olur. Qolsuz, ayaqsızdırlar"  deyə Azov alayının döyüşçüsü Zaritskayanın həyat yoldaşı Natalya bildirib.

Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri “yorğundurlar və dərmanları yoxdur”.

"Hörmətli cənab Ərdoğan! Yardım edin, sizə yalvarırıq. Güclərinizi birləşdirin. Si Tsinpin müraciət edin və bunu Tanrı xatirinə edin - "Azovstal" döyüşçülərini xilas edin. Siz sülh daşıyıcıları olun, kömək edin. Axı bu hərəkət Nobel Sülh mükafatına layiqdir” - Zaritskaya bildirib.

Azov döyüşcüsünün anası Natalya Kravtsova bildirib ki, işğalçılar zavodu güclü aviabombalarla vururlar.

" Ona görə də insanlar dağıntılar altında ölür. Oğlum deyir ki, bizim uşaqlar yaralıdır, ayaqlarını və qollarını kəsdilər. Bu şəxsə tibbi yardım göstərilsə, onları xilas etmək olar. Amma onları heç bir narkoz olmadan əməliyyat ediblər”– Kravtsova qeyd edib.

Sərhədçinin həyat yoldaşı Olqa Kerod vurğulayıb ki, “Azovstal”da olan ukraynalı hərbçilər “dövlətimizə sədaqət nümunəsidir”.

"Onlar dözə bilmədiyimiz şeylərə dözürlər. Amma onlar tükənmək üzrədir, ya da ola bilsin ki, artıq hər şey tükənib: su, yemək, dərman və yavaş-yavaş həyatları.Yalvarırıq ki, indi yanımızda olan övladlarımız orada olan valideynlərilə, kişilərimizlə, analarımızla görüşsünlər. Biz bu müharibəni istəmirdik. Dövlətimiz, onun müdafiəçiləri üçün etdiyiniz hər şeyə görə təşşəkür edirik. Və çox xahiş edirik onları xilas etməyə kömək edin" 

Aytən Əlizadə

visiontv.az