On milyon olduq!
06.04.2019

Azərbaycanın on milyonuncu sakini doğuldu

Ölkənin 10 milyonuncu sakini aprelin 6-da saat 03:30-da doğulub

 Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Visiontv.az xəbər verir ki,  10 milyonuncu sakin aprelin 6-da saat 03:30-da doğulub. Bu məlumat Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən verilib.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.