“Ölkəmizə qarşı terror təhlükəsi tamamilə aradan qalxana qədər mübarizəmizi davam etdirəcəyik”
“Ölkəmizə qarşı terror təhlükəsi tamamilə aradan qalxana qədər mübarizəmizi davam etdirəcəyik”
24.11.2022 MEDİA Tərəfindən

“Müəllimimizə əl qaldəranın hər şeyini məhv edərik. Ölkəmizə qarşı terror təhlükəsi tamamilə aradan qalxana qədər mübarizəmizi davam etdirəcəyik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Müəllimlər Günü münasibətilə 81 vilayətdən olan müəllimlərlə şam yeməyində bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Prezident Ərdoğan, “Müəllimlərimizin həyatına qəsd edən alçaqlardan, tökdükləri hər damla qanın hesabını tələb edəcəyik. Müəllimimizə əl qaldıranın hər şeyini məhv edərik. Ölkəmizə qarşı terror təhlükəsi tamamilə aradan qalxana qədər bu mübarizəni davam etdirəcəyik” deyə bildirib. 

İlahə Əliyeva