"Ölkəmizdə bu sahədə rəqabət yüksək səviyyədə deyil..."
"Ölkəmizdə bu sahədə rəqabət yüksək səviyyədə deyil..."
22.09.2022 MEDİA Tərəfindən

Ölkəmizdə daşınmaz əmlak və kirayə mənzil bazarındakı ümumi vəziyyəti necədir? Ümumiyyətlə əmlak bazarındakı qiymətlərin tənzimlənməsi necə təmin olunur?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Visiontv.az saytına açıqlama verib.“Ümumilikdə onu demək istərdim ki, ölkədə iqtisadiyyat stabildisə daşınmaz əmlak sektorunda qiymətlər daimi artmaqda olur. Misal üçün devalvasiya, pandemiya və müharibələr zamanı qiymətlərin artımı dayanırdı. Və yaxud da ki, azalmalar müşahidə olunurdu. Amma digər səbəblərdən artımlar da müşahidə olunub. Ölkəmizdə son il yarımda geniş tələbata malik inşaat materiallarının təxminən 20 faizə qədər artımını müşahidə etmişik. Təbii ki, bu inşaat sektoruna təsirsiz qalmadı.Nəticədə də əmlak bazarında qiymət artımları qaçılmaz oldu. 2018 – ci ildən etibarən inşaat sektorunda daha bir amil təsir etməyə başladı. Beləliklə də inşaat normativləri azaldıldı. Bu da tikinti sektoruna ciddi təsir elədi. 2020 – ci ilin yanvarın 1 – dən isə tətbiq olunan vergi həmçinin də bu sahəyə təsirsiz ötüşmədi. Sadaladığım amillərin hamısı ilkin inşaat bazarında orta hesabla tikinti şirkətləri qiymətləri əvvəlki dövrlərdən fərqli olaraq 25 faizə qədər artırıblar. Hazırda mövcud vəziyyət belədir. Eyni zamanda kirayə bazarına da bu faktor təqribən 15 faiz təsir edib. Avqust ayı tələbələrin Bakıya ciddi axını olduğuna görə hər il bu zamanlarda ekonom kirayə bazarında qiymətlərin 20 – 25 faizə qədər artımına rast gəlirik. Daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsi əslində yalnız bir formada mümkündür. Bu inşaat həcmlərinin artması ilə bağlıdır. Çünki ölkəmizdə bu sahədə rəqabət yüksək səviyyədə deyil. Məsələn bizdə hələ də primitiv üsullar davam edir. Hətta İran və Türkiyə kimi ölkələrdə belə təmirsiz bina mənzillərinin satışı anlayışı yoxdur. Rəqabət yüksək olduğuna görə hətta Türkiyədə mənzillərin satışı zamanı mebellərlə təchizat da mümkündür. Digər məqamlardan biri də odur ki, inşa edilən binaların layihələri dövlət tərəfindən icra edilir. Bu istiqamətdə Azərbaycanda Bakı Ağ Şəhər layihəsi yaxşı nümunə ola bilər. İnşaat həcmləri nə qədər çox olarsa o qədər normal rəqabət olar. Nəticədə də daşınmaz əmlakın qiyməti normadan çox artımla müşahidə olunmaz.”

Bünyamin Bünyadzadə

Visiontv.az