Ölkədə həqiqətən Tibb təhsilinin vəziyyəti acınacaqlıdır-deputat Etibar Əliyev
11.07.2020

Tezliklə vəziyyətdən çıxış yolu tapmaq lazımdır.

Çıxış yollarından biri Tibb Universitetinin idarəçiliyini azı 10 il müddətinə Türkiyə mütəxəssislərinin ixtiyarına verilməsidir. Onsuz da tibb ixtisasını seçənlərin böyük əksəriyyətinin Türkiyədə təhsil almaq meyli çox güclüdür. Bu ilk növbədə onların işini yüngülləşdirər. Kafedralar təkmilləşər, durğunluqdan xilas olarlar. Təcrübə mübadiləsində Tibbi praktika əhəmiyyətli dərəcədə güclənə bilər.Türkiyə hal-hazırda bütün elm sahələri üzrə kitab tərcüməsi və yerli müəlliflərin əsərlərinin çapı üzrə dünyada aparıcı yerlərdən birini tutur. Tələbələrə ən müasir ədəbiyyatlardan dərslər keçilər. Bizdə bütün sahələrdə olduğu kimi Tibb sahəsində də ədəbiyyat qıtlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Ən azında təhsil mühiti sağlamlaşa bilər. Natamam Tibb təhsili ola bilməz...Kafedralardakı durğunluq məsələsinə qayıdıram. Diqqət edin:
Bu Universitetdə Epidemologiya kafedrasına 1992-ci ildən hal – hazıra kimi tibb elmləri doktoru, professor İ.Ə.Ağayev rəhbərlik edir.
Onkologiya kafdrasına 1993-cü ildən indiyə kimi akademik Əhliman Əmiraslanov rəhbərlik edir;
İndiki rektor Gəray Gəraybəyli ənənəni davam etdirərək
2007-ci ildən indiyə qədər "Psixatriya" kafedrasının müdiri vəzifəsini saxlayır;
I Daxili xəstəliklər kafedrasının müdiri V. Ə. Əzizov 1999-cu ildən bu vəzifəni tutur.
Sudeyif İmamverdiyev 1990 -cı ildən indiyə kimi "Urologiya" kafedrasına müdirlik edir.
Kafedraların əksəriyyəti bu vəziyyətdədir.
Postpandemiya dövrünün əsas vəzifələrindən biri Tibb təhsilini Reanimasiyadan çıxarmaqdır. Və ən nəhayyət saxta alimlik dərəcələrinin alınmasına son qoyula bilər. Qazaxstanda Nazarbayev Universitetinin idarəçiliyi Oksford və Kembric Universitetlərinin mütəxəssislərinə verilib. Rektor isə Yapondur...
P.S. Dünya tamam başqa səmtdə dəyişir. Nəyi bacarmırıqsa etiraf etməliyik.

visiontv.az