Ödənişli əsaslarla daxil olan tələbələr təhsil haqlarını hissə-hissə ödəsin-deputat Etibar Əliyev
24.09.2020

Universitetlərə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir.

Visiontv.az xəbər verir ki, bu sözləri təhsil eksperti, millət vəkili Etibar Əliyev qeyd edib. O bildirib ki, universitetlərdə kitabxanaların vəziyyəti bir o qədər ürəkaçan deyil:

“Elektron kitabxananın zənginləşdirilməsi ənənəvi kitabxananı tamamlaya bilər”.

Millət vəkilinin sözlərinə görə, ekspertlərin düşündüyü kimi olmadı və qruplar üzrə yüksək nəticə göstərənlərin sayı ötən illərdən kəskin şəkildə fərqlənmir:

“Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent bu nəticəni əldə edə bildi. Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq, ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər. Ali məkəb rəhbərləri çətin şəraitdə yüksək nəticə əldə edən tələbələrə keyfiyyətli təhsilin verilməsi üçün onların universitetin bütün imkanlarından istifadə etmələrinə şərait yaratmalıdırlar. Ölkədə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Pandemiyadan asılı olmayaraq şagird nailiyyətlərini bu dəyərə yönləndirməyi bacarmalıyıq”.

Axar.az