Nüvə silahından istifadə olunarsa….
Nüvə silahından istifadə olunarsa….
29.09.2022 MEDİA Tərəfindən

Ümid edək ki, bəşər tarixində heç vaxt nüvə silahından istifadəyə ehtiyac olmayacaq. İllər keçdikcə insan zəkası daha da parlayacaq. İnanaq ki, bir gün bütün dünya xalqlarının amalı, məramı bir olacaq. O amal, o məram ki, bəşəriyyətin xoşbəxtlik və rifah içində yaşamağına xidmət edəcək.

Bu günlərdə Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib. Əgər nüvə silahı işə düşərsə o zaman hansı fəlakətlər baş verə bilər? Bununla bağlı bir sıra araşdırmalar etdik və həmin məlumatları sizə təqdim edirik:
Nüvə silahları birmənalı olaraq planetin ən dağıdıcı silahıdır.  Milyonlarla insan bu silahların haçansa istifadə ediləcəyi qorxusu ilə yaşayır. Bununla belə, bu silahların dağıdıcı gücü bəzən çox şişirdilir.
Bu ilin əvvəllərində Yaponiyanın Baş naziri Fumio Kişida maraqlı bəyanat vermişdi. Baş nazir bildirmişdi ki, nüvə silahına malik ölkələr konkret addımlar atmadan nüvə silahının mövcud olmadığı bir dünyanı yaratmaq mümkün olmayacaq. Çıxışı zamanı Yaponiya Baş naziri Yaponiyanın atom silahının bombardumanına malik olan ilk ölkə olduğunu xatırladıb. Nüvə silahına malik ölkələrin qətiyyətli addımları olmadan heç bir müsbət nəticə ola bilməz.
Qeyd edək ki, dünyada “Nüvə Silahlarının Ləğvi Barədə Müqavilə” adlı sənəd mövcuddur.
Bu mənada Yaponiyanın ən qısa zamanda bütün imkanlarından istifadə edərək digər ölkələrin də bu sənədə imza atmalarına çalışır. Məlumat üçün qeyd etmək istərdim ki, NSLBM adlandırlan sənəd 2017 –ci il iyulun 7 – də Nyu- Yorkda BMT- yə üzv olan 122 dövlət tərəfindən qəbul edilib. Sənədin qəbulu ilə bağlı danışıqlarda nüvə silahına malik olan Rusiya, Böyük Britaniya, Çin, Amerika Birləşmiş Ştatları və Fransanın da nümayəndələri iştirak ediblər. Həmin sənəd ötən ilin yanvarında 50 ölkə tərəfindən rəsmən qəbul edilib. Lakin nüvə silahına malik olan ölkələr bu müqaviləyə qoşulmayıblar. Nəticədə Yaponiya da həmin müqaviləni imzalamaqdan imtina edib.
Hazırda dünyanın gözü Ukraynadadır. Rusiya və Ukraynanın günlərdir durmadan daha da sərtləşən bu savaşı zamanı nüvə silahından istifadə haqqında da müxtəlif mülahizələr var. 
İlkin ehtimallara görə əgər nüvə silahı partladılarsa, həmin ərazidən min kilometlərlə radiusda - 4 istiqamətdə ətraf mühit və orda yaşayan insanlara dağıdıcı təsir edə bilər. Buna görə də hər hansısa ölkəyə nüvə hücumu onunla qonşu olan bütün region ölkələrinə mənfi təsirsiz ötüşə bilməz.
Məlumatlarda qeyd olunur ki, Amerika Birləşmiş Ştatları və Rusiyanın arsenalına daxil olan nüvə başlıqları hər hansısa müharibədə tətbiq olunarsa, böyük iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə deyildiyi kimi "nüvə qışına" səbəb olacaq.
İnsanı vəhşətə salan məqamlardan biri də odur ki, lap kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğn törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığını blok edib, planetimizin böyük qismində "Qış alatoranlığı" yarada bilər.
Qısası nüvə müharibəsi nəticəsində, insanlar tüstü və zəhərli hava ilə nəfəs almağa məcbur olmaqla bərabər həm də içməli su tapa bilməyəcəklər. Yəni içməli su təminatı tamamilə məhv ola bilər.
Bir çox xalqlar hətta nüvə partlayışı olan yerlərdən uzaqda yaşasalar da, sonradan elmi termin olaraq işlədilən "Nüvə qışının" təsirindən ciddi ərzaq və su çatışmazlığı ucbatından aclıq çəkəcəklər.Hesablamalara görə kiçikmiqyaslı nüvə silahından hücum olarsa yəni Rus ordusu, Ukrayna və ya Avropa sərhədlərinə nüvə silahı tətbiq edərsə, qlobal miqdasda 50 milyon insanın acından ölməsinə gətirib çıxara bilər.
Təbii ki, bu dünyəvi faciə indiki dövrlə yekunlaşmayacaq. Gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə olacaq.
Nüvə silahı və nüvə hücumları ilə bağlı müxtəlif məlumat resurslarında olduqca maraqlı və insanı qorxuya salan informasiyalar mövcuddur. Maraqlı məlumatlardan biri də odur ki, 1983-cü ildə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir. Lakin həkimlərin birinci vəzifəsi nüvə müharibəsinin qarşısını hər nə yolla olur-olsun almaq, buna yol verməməkdir.
Əgər nüvə hücumu olarsa, sonradan zərərçəkənlərə həkimlər heç bir kömək edə bilməyəcək. Müasir tibb hər nə qədər də inkişaf etsə də nüvə partlayışının fəsadları qarşısında çox acizdir. Bir anlıq təsəvvür edin ki, nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, bir sözlə bütün binalar yanacaq və ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.
Nüvə partlayışı insanı çox pis yaralayır: intensiv istilik və qaynar hava dəridə, gözlərdə, tənəffüs yolarında ciddi yanıqlar törədir, zərbə dalğası və küləyin təsirindən binalar, obyektlər dağılır və dağıntı xəsarətlərindən insanlar yaralanır, yüksək dozalı şüalanma nəticəsində insanlarda cəmi bir neçə ay ərzində bədxassəli şişlər və xərçəng xəstəlikləri baş qaldırır. Nəticədə insanlarda ağciyərdən tutmuş beyin, qan xərçənginə kimi ciddi onkoloji xəstəliklər diaqnoz olunur.
Radioaktiv zərərli maddələr dolayı yolla bitkilər, su, qida, hətta heyvanların əti ilə də orqanizmə daxil olacaq.
Nüvə hücumundan və nüvə raketinin partlamasından sonra böyük ərazidə ən azı 3 il radioaktiv çirklənmə pik həddə olur.
1963-cü ildən bəri nüvə silahları atmosfer səviyyəsində sınaqları aparılır, elə o vaxtdan və Çernobıl AES-də qəzadan sonra Avropa və keçmiş SSRİ- ölkələrində xərçəng xəstəliyi və uşaq xəstəlikləri tüğyan etməyə başladı.
Dünya Səhiyyə təşkilatı nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirib və dövlətləri nüvə silahı təcrübəsi və tətbiqindən çəkinməyə çağırıb.
Bu elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməyəcək.

Bünyamin Bünyadzadə
Visiontv.az