Nüvə sahibi olan ölkələr arasında gərginləşən münasibətlər bəşəriyyətin məhvinə gətirib çıxara bilərmi?
Videonu Aç
01.05.2022

Amerika Alimləri Federasiyasının məlumatına görə, dünyanın nüvə silahına sahib 9 ölkəsi arasında ilk yeri Rusiya tutur. Rusiya 5.977 ədəd nüvə başlığına sahibdir.

NATO üzvü olan ABŞ, Fransa və İngiltərə isə birlikdə 5.943 ədəd nüvə başlığına sahibdir.

ABŞ-ın 5.428, Fransanın 290, İngiltərənin 225 nüvə başlığı mövcuddur. 

Nüvə sayına görə, üçüncü yeri Çin tutur - 350 ədəd. 

Pakistan 165, Hindistan 160, İsrail 90, Şimali Koreya isə 20 nüvə başlığına sahibdir. 

Bəs, bu qədər kütləvi qırğın silahına sahib ölkələr arasında getdikcə gərginləşən münasibətlər bəşəriyyəti birdəfəlik məhv edəcək nüvə savaşlarına gətirib çıxara bilərmi?

Verilişi təqdim edirik.

Siyasi şərhçi Elxan Şükürlü

Visiontv.az