Növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyalar müəyyənləşib
11.12.2019

Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyalar məlum olub.

Visiontv.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.

İclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  səlahiyyətli nümayəndələri qeydə alınıb.