Nizamsız intizam nəyin intizarındadır-İdris Heydərli
10.07.2020

Var olan hər şey bir mizan içində,

Var olan hər şey bir nizam içində,
Var olan hər şey bir intizam içində.
Çinlilər yeni intizam qaydalarına bağlandılar, Memar dostumuz Elçin müəllim, xəbəri göndərdi.
29 maddəli yeni intizam qaydaları artıq fəaliyyətə başlayır,
Bu qaydaları pozanlar cəzalanacalar.
Cingiz Xan yasalarını xatırlatdı,
Bir ay içində bir monqola üç dəfə sərxoşluq icazəsi verilir, dördüncü kərə öldürülərdi,
Çinliyə küçədə sıqnal qadağası, küçəyə tüpürmək, küçədə qışqırmaq, küçəyə zibil atmaq və 29 qadağanın cəzaları...
Sovet insanın əxlaq kodeksini kim xatırlayır?
İntizam hərbin mayasıdır,
Ordunu yalnız intizamla Bir etmək mümkündür,
Avropa intizamı həyatına tətbiq etdikdən sonra öz intizamı ilə bir dünya qurmuşdu,
O artıq bitdi,
Dünyamız yeni bir Nizamı intizama çevirmək mərhələsindədir,
Dəyişmənın mayası budur.
Bizi Rusiya ilə qorxudurlar,boş verin, rus Ordusu intizamını itirib, Nizamı pozulub,
Çin Nizamı intizamını qurub,
Amerikan həyat tərzi ilə ingilis nizamı dünyanı bioloji xəfiyyəçiliyin Qorxu pandemiyası ilə küncə sıxışdırıb,
Bu mənim işim deyil,
Dünyanın sahibi var, biləndir, görəndir, yerinə qoyandır,
Mənim dərdim ölkəmdəki nəticələrdir.
Biz heç zaman bu coğrafiyada bu qədər intizamsız yaşamamışıq,
İstər Hacı Qara, istər Novruzəlilər dönəmində.
Novruzəli belə intizamını, yerini bilir,
Bu gün tək bəlamız nizamsızlığımız, intizamsızlığımızdır.
Bu ölkə əhalisinin bəlası deyil,
Ölkədə məqamları idarə edənlərin bəlasıdır,
Dərd var, bəla var,
Hər kəsin dərdi var, öz içində hər insan dərd çəkər,
Dərdin dərmanı var, yaşamaq dərdlərə çarə axtarmaqdır,
Bəla isə dərmansızdır,
Bəladan bir tək ölümlə xilas olunar,
Ya öləcəksən, ya öldürəcəksən.
Dərdin çarəsi qələm, bəlanın çarəsi qılıncdır,
Bu bizə peyğəmbərimizin vəsiyyətidir.
Bütün bəlalardan sonra yeni nizam, yeni intizam başlar,
Bizim bədən tərbiyəçiləri hələ də bunu anlamayıblar,
Sonunda torpaq olan bu bədəni kimin üçün bəsləyirsən, sualını cavablandırmadığca,
Bəla qapımızda növbətçidir,
Hər an içəri girəcək Qorxusu ilə bizi öz intizamına dəvət edəcək.
Hər kəs yeni intizamın intizarıda,
Gözləyirik,
Biri Mayamı adasında yeyib içməyi,
O biri balasına bəlanın çatmayacağını.
"Hər şeyə barmaq edərək yaşamaq" barmağların gücsüzlüyü dönəmindəki həkimlikdir,
Hakim olan, həm də həkimdir,
Bu da keçəcək,
Gələcəyə hansı nizam intizamla girəcəyimizi isə Bir olan Allah bilir,
Biz isə Ondan bizə doğru istiqamət istəyək,
O bağışlayan və mərhəmətlidir.

Visiontv.az