Niyə bəziləri koronavirusu ağır, bəziləri yüngül keçirir?
07.05.2021

Koronavirus hər bir insanda fərqli təcəssüm edir. Bəzi şəxslər bu xəstəliyi ağır şəkildə, günlərlə əziyyət çəkərək keçirdiyi halda, bəziləri heç yoluxduğunu anlamır. Virusun niyə insanların sağlamlığına belə fərqli təsir göstərdiyi isə maraq doğurur. Visiontv.az bildirir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə COVID-19-a yoluxanların sağlamlıq problemləri həmin insanların umminitet sisteminin nə qədər güclü olmasına görə dəyişir:

 

"Bu immun sistemin göstəricisidir. Xəstəliyin hansı formada keçirilməsi bədəndə interferonun (İFN) səviyyəsindən aslıdır. Bəzi şəxslərdə virus bədənə düşdükdə artıq ilkin fazada məhv olur, inkişaf edə bilmir. Bəzi insanlarda isə virus orqanizmdə zəif müqavimətlə rastlaşaraq inkişaf edir".