"Neftçi"dən ayrılan hücumçu İtaliyanın məşhur klubuna keçdi
15.09.2020

2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılmış italiyalı futbolçu Lorenzo Mezzoteronun yeni komandası müəyyənləşib.

Visiontv.az xəbər verir ki, bu barədə "Report"a 14 yaşlı hücumçunun atası Sercio Mezzotero məlumat verib.

Onun sözlərinə görə, oğlu Romanın "Latsio" klubunun Futbol Akademiyası olan "Vigor Milano"da çıxış edəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Milan şəhərində yerləşən "Vigor Milano" "Latsio"nun paytaxtdan kənarda fəaliyyət göstərən yeganə akademiyasıdır. 

Qeyd edək ki, Lorenzo Mezzotero "Neftçi" Futbol Akademiyasının yetirməsidir. İstedadlı forvard bu yay ailəsi ilə birlikdə Azərbaycanı tərk edib.