Naxçıvanın Göycəsini dadlı edən məqamlar...
09.05.2019

Adı kimi özü də məşhur Göycə bu qiymətə satılsa da hipertoniya, qan azlığı olanlara faydalıdır

 

Mövsümün ən gözəl və ləzzətli tamlarından biri  məhz hər birimizin adına görə dillər əzbəri olduğu Naçıvan Göycəsidir. Naxçıvan ərazisində yetişməsinə baxmayaraq inanmiriq ki, kimsə bu alça növünü dadmasın.

Göycə sözü yalnış Naxçıvan leksikonunda, dialektində mövcud olan, özünəməxsuslaşan sözdür. Mənası göy yəni ki, təzə deməkdir və Muxtar Respublika ərazisində ən tez yetişən meyvə olduğu üçün belə adlandırılır.

Göycə albalı və alça agaclarının çalağında əmələ gəlib və ancaq Naxşıvan regionu üçün xaraxterik meyvədir. Hündürluyü 2,5-3, 5 metrə çatır və Muxtar ərazidə 10 dan çox növü vardır. Qeyd edək ki, meyvə agacı bu region üçün xaraxterik olduğundan başqa yerdə yetişməsi qeyri- mümkün olur və əgər yetişdirilərsə belə sortun özəlliyin itirib , alçalaşmağa başlayır.Hər agacdan 50 kiloqrama yaxın meyvə toplana bilir və iyunun axırı meyvə şirinləşməyə başlayır, yəni tam yetişmə başlayır.

Naxçıvan şəhəri, Babək rayonunun Şıxmahmud kəndi və Şərurda geniş yayılıb. Ancaq hamı etiraf edir ki, ən yaxşı, sulu və dadlı Göycə ancaq Naxçıvan şəhərində yetişəndir.

Mütəxəsisslər qeyd edir ki, Göycənin xalq arasında məşhurluğuna səbəb orqanızm üçün faydalı olmasıdır. Belə ki, Göycənin bədəndə təzə qan yaratdığı haqda fikirlər də var. Həkimlər qeyd edirlər ki,  hamilə qadınların müəyyən miqdarda Göycə yeməsi dölün sağlamlığına müsbət təsir edir.

Bundan əlavə Göycənin digər xəstəliklərə də müsbət təsiri vardır.  Hipertoniya, qan azlığı olanlara da faydalıdır. Susuzluğu tez yatırır və iştahaçıcı vasitə hesab edilir.

Qeyd edək ki, Naxçıvanda ilk göycə festivalı 27 may 2016-cı ildə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göycə festivalında iştirak edib. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox göycə çıxarılıb. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar - mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunub.

 Bu yaxınlardakı xəbərimizə istinadən qeyd edək ki, Göycə Bakı şəhərində bazarlarda 20 manat və daha baha satılır.