Naxçıvana gediş-gəliş bərpa edilsin- deputat Siyavuş Novruzov
31.05.2020

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib

O, qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ancaq Türkiyə ilə gediş-gəlişi var: “Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır. Biz Azad İqtisadi zonalar yaradırıq. Balaca bölgəni bu cür edə bilmərik? Əlbəttə edə bilərik. Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.