Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır - Məhəmməd Əsədullazadə
Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır - Məhəmməd Əsədullazadə
18.01.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyada siyasi aktivist, demokartik düşərgənin təmsilçisi Aleksandr Navalnın siyasi olimpə yüksəlməsi, bu ölkədə demokratik düşərgəni canlandırdı və son 20 il ərzində Rusiya hakimiyyətini narahat edən bir müxalifət sistemi formalşdırdı. Bu müxalifətin özəlliyi siyasi elitadan deyil, geniş xalq kütlələrindən və gənclərdən ibarət olduğu üçün Putin hakimiyyəti müxalifəti zərərləşdirə bilmir və özünə qarşı potensial rəqib hesab edir.

Təkcə, Navalnı Putini deyil, Rusiyanı əsrlərdi pərdəarxasında idarə edən hərbi elitanı da narahat edir. Ona görə də  Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır. A. Navalnın zəhərləndirlməsi birbaşa Putinin göstərişi ilə olmaya bilər. Çünki, dərin dövlət demokratik bir liderin ortaya çıxmasına qarşıdır.

Putin özünə  qarşı  bir neçə il bundan əvvəl, müxalifət olan   M. Xavarxoviskini ona görə netrallaşdıra bildi ki, o geniş xalqın dəstəyinə malik deyildi və bir qrup siyasi elitarı təmsil edirdi. Həmçinin M. Xavarxoviski Rusiya hərbi-siyasi elitanın verdiyi dəstək hesabına zənginləşmişdi. Putinin onu zərərləşdirməsi məhz çətin olmadı. Aamma, A. Navalnın zərərləşdirilməsi bir neçə ildir ki, mümkün olmur və Putinə ciddi baş ağrısı verir.

A. Navalnın həbsi Putinə qarşı xalqın narazılığını artıracaq və onun həbsi uzun müddət  reallaşmayacaq. Demokratik düşərgəni təmsil edən A. Navalnın hakimiyyətə gəlişi, yalnız xalqın inqilab etməsi ilə reallaşa bilər. Bu da hazırkı situasiyada mümkün deyil. Seçkilərnən A. Navalnın hakmiyyətə gəlməsi mümükün deyil. Rusiyanın demokratikləşməsi və bu hərəkatın baş verməsinin qarşısını birbaşa Rusiya hərbi elitası qarşısını alacaq.

A. Navalnı post-Putin dövrünə hazırlaşır. Amma, hakimiyyətə gəlməsi mümkün görünmür. Rusiyanın oturuşmuş sistemi demokratik bir liderin hakimiyyətə gəlməsini istisna edir. Yeni siyasi müxalifətin lideri olan A. Navalnın xidməti  yalnız Rusiya gənclərinin siyasiləşərək mövcud sistemə qarşı demokratik dalğanı gücləndirəcək.

Visiontv.az