Nardaranda daş karxanasının fəaliyyəti dayandırılacaq
20.04.2021

“Nardaranda daş karxanasının fəaliyyəti dayandırılacaq”.

Visiontv.az-ın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki,  zaman baxımından bunun 1 ay, yoxsa bir  neçə gündən sonra dayandırılacağını demək mümkün deyil: “Əgər insan yaşayırsa, fəaliyyət göstərirsə, o bir işlə məşğul olmalıdır.

Daş karxanasında  irəli sürə biləcəyimiz tələblər  mütərəqqi texnologiyadan, avadanlıqlardan istifadə  etməklə  tozun qarşısını almaq, minumum tullantı həddinə çatmaq üçün texnologiyalardan istifadə etməkdir. Nardaran daş karxanası bu gün də sənaye  zonası kimi sahibkarlar tərəfindən istismar olunur. Düşünürəm ki, mövcud olan ehtiyatlar tükənmək üzrədir, eyni zamanda ətraf ərazilərdə yaşayış massivləri getdikcə  çoxalır. Şəhərsalma, şəhərin baş planı baxımından müvafiq qurumlar bunları nəzərə alırlar  və alacaqlar. Həm daş istehsal edənlər, həm də ərazidə yaşayanlar bir-birini başa düşəcəklər”.