Mustafa Sandalın 100 minlik toyundan GÖRÜNTÜLƏR
11.06.2022

Ötən gün məşhur müğənni Mustafa Sandalın toyu olub.

Visiontv.az xəbər verir ki, sənətçi nikah bağladığı sevgilisi Melis Sütşurupla ailə həyatı qurub. İkilinin xoş günü Marmarisdə baş tutub. Musatafa və Melisin toyunda ümumilikdə 80 nəfər iştirak edib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Sandalın keçiriləcək toyu üçün 100 min avro (təxminən 176 min manat) xərclədiyi ilə bağlı xəbərlər yayılmışdı. Bura məclisin keçirildiyi otelə gələn qonaqların xərcləri də daxildir. Cütlüyün toyu iyunun 12-nə kimi davam edəcək

İfaçı daha əvvəl müğənni Emine Yahoviçlə evli olub.

BAKU.WS