Müharibə zamanı erməni terrorçularının gəldiyi və maliyyələşdiyi əsas ölkələrdi biri Fransadır
Müharibə zamanı erməni terrorçularının gəldiyi və maliyyələşdiyi əsas ölkələrdi biri Fransadır
02.12.2022 MEDİA Tərəfindən

Birinci Qarabağ müharibəsi zamanından da Azərbaycan ərazisinə gələn erməni terrorçularının əsasən haradan gəldiyinə və haradan maliyyələşdiyinə nəzər salsaq görərik ki, Fransa bu ölkələrin önündə gedir.

Bu fikirləri Visiontv.az saytına verdiyi açıqlamada AĞ partiyasının sədri Tural Abbaslı bildirib.

Partiya sədrinin fikrincə Fransa – Azərbaycan münasibətləri heç kimə sirr deyil: "Birinci Qarabağ müharibəsi zamanından da Azərbaycan ərazisinə gələn erməni terrorçularının əsasən haradan gəldiyinə və haradan maliyyələşdiyinə nəzər salsaq görərik ki, Fransa bu ölkələrin önündə gedir. Biz Fransadan sərgilədiyi mövqedən artığını da gözləməli deyilik. 30 illik işğal dönəmində də Fransa ATƏT – in Mink qrupu həmsədri ölkələrindən biri kimi sırf ermənipərəst siyasəti aparırdı. Bu qətnamələrdə bir daha göstərir ki, hətta reallıqlar dəyişəndən sonra, Ermənistan məğlub duruma düşdükdən sonra da Fransa yenə bu ölkənin yanındadır. Bu siyahıya dolayısıyla İranı, Rusiyanı və ABŞ – ı da əlavə etməliyik. Çünki bu ölkələr güclənən Azərbaycanı istəmirlər. Ona görə biz bütün dəyişikliklərə hazır olmalıyıq. Fransa nə qədər qətnamə qəbul edir etsin, hər şeyi həll edən gücdür və ordudur. Şükürlər olsun ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bu istiqamətdə də irəliləyişlər var. Azərbaycan öz diplomatik imkanları ilə yanaşı öz hərbi gücündən də lazımınca yararlanmalıdır. Diplomatik fəaliyyətin arxasında hərbi güc durmayanda fəaliyyətin heç bir mənası olmur. Azərbaycan real vəziyyəti düzgün qiymətləndirməlidir. Birmənalı şəkildə öz ərazilərini erməni terrorçularından təmizləməlidir…” 

Bünyamin Bünyadzadə
Visiontv.az