Müddəti sona çatan prezident özündən sonra gələn yeni prezidentə bir məktub ünvanlayır
20.01.2025

Mükəmməl bir ənənə var Amerikada. Prezidentlik müddəti sona çatan prezident özündən sonra gələn yeni prezidentə bir məktub ünvanlayır. Və o məktubu Ağ evin Oval otağındakı yazı masasının üstünə buraxır.

Yeni prezident də iş otağına ilk dəfə girəndə ən birinci işi o məktubu oxumaq olur.

Prezidentlik müddəti sona çatmış Corc Buş yeni seçilmiş prezident Bill Klintona 20 yanvar 1993 tarixli belə bir gözəl məktub yazıb getmişdi:

"Bu qeydi oxuyanda siz bizim prezidentimiz olacaqsınız. Sizə ən xoş arzularımı bildirirəm. Uğurlarınız indi ölkəmizin uğurları olacaq. Mən sizə dərindən sadiqəm"…

Bir mətn şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az