Məsləyə emosiyalarla yanaşmaq olmaz -Deputat Ceyhun Məmmədov
31.05.2020

Müdafiə Nazirliyinin “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir açıqlamasına münasibət bildirəm deputat Ceyhun Məmmədov visiontv.az saytına bildirdi ki, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində ölkə rəhbərliyi ardıcıl tədbirlər həyata keçirir:

“ Bütün yerli va xarici görüşlərdə bu məsələyə xüsusi toxunur. Milli Məclisdə də bu məsələ dəfələrlə müzakirə olunub. Hər bir Azərbaycan vətəndaşı kimi, deputatlar da bu məsələyə həssas yanaşırlar. Danışıqlar yolu ilə məsələ həll olunmadığı təqdirdə bu barədə qərarın qəbul edilməsi nəzərdən keçirilə bilə və qərar qəbul edilə bilər. Hələki danışıqlar gedir. Azərbaycanın beynəlxalq nüfuzu daha da artır. Ona görə məsləyə emosiyalarla yanaşmaq olmaz. Bu gün Azərbaycan ordusu bölgənin ən güclü və intizamlı ordularından biridir. Müasir texnika və silah-sursatla təmin olunub, mənəvi və fizik baxımdan torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Diplomatiya yolu ilə mümkün olmadığı təqdirdə Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Biz bunu bir neçə dəfə göstərmişik. Lələtəpəni, digər əraziləri azad etdiyimiz kimi, digər torpaqlarımızı da tezliklə azad edəcəyik. Azərbaycan işğalla heç zaman barışmayacaq. Qarabağ ən həssas məsələlərdən biridir. Ona görə kimliyindən asılı olmayaraq hər kəs verdiyi bəyantda və bildirdiyi fikirlərdə diqqətli olmalıdır”.