Müdafiə naziri Zakir Həsənovdan ŞOK AÇIQLAMA - "Yaxın vaxtlarda müharibə olacaq" - VİDEO
17.09.2019

Ötən gün Real TV-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müsahibəsi yayımlanıb.

VisionTV.az yenicag.az-a istinadən xəbər verir ki, Z.Həsənov Real TV-nin rəhbəri Mirşahin Ağayevə verdiyi müsahibədə Ermənistan Baş Naziri Nikol Paşinyanın Qarabağla bağlı aqressiv açıqlamalarına münasibət bildirib. "Mən belə hesab edirəm ki, biz hərbçilər Qarabağ problemi ilə əlaqədar polimikalarda iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir. Biz sözümüzü döyüş meydanında deyəcəyik, biz bunu arzulayırıq. Və bu yaxın vaxtlarda olacaq", – deyə nazir bildirib. Nazirin bu açıqlamasını videoda 55-ci dəqiqəqən izləyə bilərsiniz