Müasir incəsənət... Rəssamlar... Sənət əsərləri...
Müasir incəsənət... Rəssamlar... Sənət əsərləri...
22.09.2022 MEDİA Tərəfindən

Çağdaş İncəsənət əslində ənənəvi qaydalara və üsullara qarşı üsyandır. Müasir İncəsənətin infrastrukturunu təşkil edən cərəyan və üslubların ortaq nöqtəsi həyata reaksiyanı əks etdirməyə hesablanıb.

Bəzi sənət tarixçiləri deyirlər ki, fotoqrafiyanın ixtirası ilə rəsmin reallığı canlandırmaq səlahiyyətinə son qoyulub. Onlar üçün bundan sonra reallığın şəklini çəkmək köhnəlmişdir. Kameranın ixtirası, şübhəsiz ki, sənətin bu klassik formal prinsiplərdən qopmasını sürətləndirdi.

Müasir rəssamlıq Van Qoq, Qoqin və Sezan ilə başlayıb. Bəşəriyyətin ilk əsrlərdən bəri davam etdirdiyi mimesis (bənzətmə) bu sənətkarların əlində tamam başqa bir şeyə çevrilir. İlk impressionistlərin işıq və rənglə bağlı eksperimental işlərini saymasaq, təbiətdə obyektin formasından və rəngindən asılı olmayaraq rənglənməsi məhz bu üç rəssamdan başlayıb. Sezan (1839 - 1906) məzmun və forma baxımından əşyaların konkret reallığına müdaxilə etdiyi halda, Van Qoq (1853 - 1890) mənəvi enerjisi üstünlük təşkil edən rənglə bu realizmi qırdı. Qoqen (1848 – 1903) isə obrazların vizuallığına təsirli müdaxilə olan gözəlliyin ideal konkret prinsiplərinə qarşı çıxaraq vəhşi estetika yarada bildi.

İmpressionist rəssamların fikrincə, rəsm təəssüratların əksidir. İmpressionistlər obyektlərin statik və konseptual mənalarından əlavə, işıqdan asılı olaraq cisimlərin anında dəyişən görünüşünü tutmaq və onları hiss etdikləri kimi tamaşaçılara çatdırmaq üçün real forma deyil, görünən formanı kətana çatdırdılar. . İmpressionist rəssam birbaşa həqiqətə deyil, gördüklərinin onda oyatdığı hiss və düşüncələrə əsaslanır.

Pop Art Dada və Abstrakt Ekspressionizmə reaksiya olaraq ortaya çıxdı. Amerikanın gündəlik həyatının yerli və regional simvolları ilə dolu olan bu yeni sənət hərəkatı geniş şəkildə əhatə olunur. Kütləvi informasiya vasitələri bu hərəkatın atası kimi qəbul edilir. Pop Art sənaye cəmiyyətinin gündəlik istehlak mallarını kütləvi kommunikasiya əsrinin texnikaları ilə təsvir edir. Bu cür obyektlər öz ətraflarından təcrid olunmuş şəkildə, şişirdilmiş ölçülərdə və çox vaxt qrafik roman və ya reklam üsullarından istifadə edilərək təsvir edilir.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az