MSK baxılmadan geri qaytarılan müraciətlərin sayını açıqladı
20.02.2020

“Mərkəzi Seçki Komissiyasına (MSK) 26 halda vaxtı keçmiş müraciətlər daxil olub”.

Visiontv.az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə, həmin müraciətlərə baxıla bilməz:

“Bununla əlaqədar olaraq 26 halda müraciətlər baxılmadan geri qaytarılıb. Çünki həmin müraciətlərin göndərilmə müddəti bitib”.