MN Ermənistana məxsus helikopterin Xocavənddə aşkarlanan qalıqlarının videogörüntüsünü yayıb
Videonu Aç
12.08.2022

Müdafiə Nazirliyi dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan, Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının videogörüntüsünü yayıb.

apa.az dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Həmin videogörüntünü təqdim edirik: