Minaya düşən polis əməkdaşının ayağı amputasiya olunub
27.06.2022

İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Visiontv.az xəbər verir ki, o, xəstəxanaya yerləşdirilmiş, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunmuşdur. Hazırda həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.