Milyarderlər İranın qorxusundan ölkəni tərk edib qaçır - ŞOK İDDİA
08.01.2020

İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra Səudiyyə Ərəbistanı şahzadələri ölkəni tərk etməyə başlayıb.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yəmən KİV-i yazıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı şahzadələri və ailələri gizli şəkildə Ər-Riyad, Ciddə və Məkkə hava limanlarından Avropa ölkələrinə yollanıb.

İddia edilir ki, İranın Süleymani sui-qəsdinə sərt reaksiya verəcəyi ehtimalı ərəb şahzadələrini qorxuya salıb.