Milli Məclisdə kütləvi ixtisarlar - 80-dən çox əməkdaş işdən çıxarıldı
07.05.2020

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.