Millətvəkili Müşfiq Cəfərovdan maraqlı təşəbbüs
02.04.2020

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə idman zalları, stadionlar, parklar məlum səbəblərdən bağlanıb.

Visiontv.az xəbər verir ki, #evdəqal kampaniyasını hər birimiz şüurlu şəkildə dərk edərək bu gün öz əzizlərimizlə vaxtımızı birlikdə keçiririk.

Evdə qaldığımız müddətdə ailə üzvlərimizlə birlikdə sağlam həyat tərzi keçirməyimiz və artıq çəki almamağımız üçün #evdəqal #idmandanqalma məqsədilə millətvəkili, Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərovun təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil RİM Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə 04.04.2020 tarixdən başlayaraq hər gün səhər saat 8-də #səhəridmanet adı altında həvəskar video roliklərimizi https://www.facebook.com/MushfigJeferov/ izləyərək bizə qoşula bilərsiz.


Siz də #evdəqal #idmandanqalma adı altında 8-10 dəqiqə aralığında #səhəridmanet video roliklərinizi çəkib jafarov@mushfig.az ünvanına göndərməklə (videolarınız həcmi böyük olduqda www.wetransfer.com üzərindən yuxarıda qeyd olunmuş elektron poçt ünvanına göndərə bilərsiz) bu kampaniyaya qoşula bilər və insanların sosial şəbəkə üzərindən idmana olan həvəsini artırmağa kömək edə bilərsiz.

Yuxarıda qeyd olunmuş facebook səhifəsində yerləşdiriləcək hər bir uğurlu video sahibinə millətvəkili Müşfiq Cəfərov tərəfindən futbol, basketbol və ya voleybol topu hədiyyə olunacaq.