Millət İttifaqı Kamal Kılçdaroğlunun şəxsində parlament və prezident seçkisini niyə uduzdu?
Millət İttifaqı Kamal Kılçdaroğlunun şəxsində parlament və prezident seçkisini niyə uduzdu?
18.05.2023 Elbəyi Həsənli Tərəfindən

Səbəblər çoxdur. Mən bir neçəsini yazacam. Qalanını da siz əlavə edin.

1) İYİ partiyanın Genel Başkanı sayın Meral Akşener “Altılı Masa”nı tərk etdi. Bir gün sonra geri döndü. (Amerikanın göstərişi ilə geri döndü, deyənlər də var)

2) Türkiyə Respublikasının sabiq baş naziri, Gələcək partiyasının başqanı Ahmet Davutoğlu “Altılı Masa”ın vahid namizədi Kemal Kılçdaroğlunun prezident seçildiyi təqdirdə Türkiyəni necə idarə edəcəyi ilə bağlı suala son dərəcə məsuliyyətsiz cavab verdi. Dedi ki, prezident biz deyəni etməsə “Altılı Masa” dağılır və yeni seçkilər keçirilər. Yəni “Altılı Masa”da olanlar hələ ölməmiş ayının dərisini bölmək uğrunda vaxtından çox-çox əvvəl mübarizəyə qalxmışdı...

3) Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri, keçmiş İqtisadiyyat naziri Əli Babacan Tayyib Ərdoğanın kürəkəni, SİHA və İHA olaraq tanınan pilotsuz uçuş aparatlarının memarı Səlcuq Bayraqdara qarşı hədə dolu çıxış etdi, “qapadacağıq” dedi. SİHA və İHA bir çox türk üçün qürur məsələsidir...

4) Sayın Kılıçdaroğlunun Azərbaycansız “Türk Yolu” projesi birbaşa Ermənistan və İranın maraqlarına söykənmişdi. CHP-nin növbəti anti-Azərbaycan həmləsi, Azərbaycanı yox sayması sayın Kılıçdaroğluna hücumları gücləndirdi.

5) Əslində bu faktoru lap başdan yazmaq lazım idi. HDP-nin Kemal Kılçdaroğluna dəstək verməsi və bu fonda CHP başqanının Avrupa İnsan Hakları Mahkemesi’nin (AİHM) Selahattin Demirtaş ve Osman Kavala kararlarını hatırlatarak, “Hukuk devletiyseniz o zaman bırakacaksınız” deməsi, PKK lideri Abdullah Öcalan haqqında HDP yetkililərinin səsləndirdiyi sərsəm fikirlər, xüsusən onların “Türkiyəni parçalayıb Kürdüstan quracağıq” kimi iddiaları xalq tərəfindən hiddətlə qarşılandı.

6) Amerika prezidenti Co Bayden başda olmaqla Qərb liderlərinin anti-Ərdoğan çağırışları, Qərb mediasında kütləvi xarakter alan anti-Ərdoğan kampaniyası sonda Kılıçdaroğlunun əleyhinə işlədi.

7) Ermənistanın da açıq şəkildə Kemal Kılçdaroğluna dəstək verməsi türkləri düşünməyə vadar edən məqamlardan biri oldu...

8) CHP-nin daha çox xarizmatik olan İstanbulun və Ankaranın bələdiyyə başqanları Ekrem İmamoğlu və Mansur Yavaşı bir kənara qoyub Kemel Kılçdaroğlunu qabağa verməsi də Millət İttifaqının əleyhinə işlədi. Ərdoğana 11 dəfə uduzan adamı yenidən önə çıxarmaq özünəqəsd idi.

Elbəyi Həsənli

visiontv.az